Yuxarı

Avropaya idxal olunan tibbi avadanlıqlar rüsumdan azad olunur

Tibbi avadanlıq üçün idxal rüsumları ləğv edilir

Koronavirus pandemiyası ilə bağlı Avropa İttifaqı (Aİ) tibbi avadanlıq üçün hər cür idxal rüsumlarını və vergilərini ləğv edəcək.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.

“Xəstəxanalara, həkimlərə, tibb heyətinə keyfiyyətli tibbi avadanlıq lazımdır. Odur ki, həmin avadanlıq əlverişli qiymətə tədarük olunmalıdır. Buna nail olmaq üçün koronavirus böhranı zamanı Aİ-də həmin məhsulların idxalı üçün rüsum və vergi almayacağıq. Səhiyyə işçilərimizi dəstəkləmək üçün əlimizdən gələni edirik”, - prezident deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi