"Tesla" Çində elektromobil zavodu inşa etmək niyyətindədir

"Tesla" Çində elektromobil zavodu inşa etmək niyyətindədir Zavod tamamilə "Tesla"ya aid olacaq
Biznes
23 Oktyabr , 2017 18:45
Tesla Çində elektromobil zavodu inşa etmək niyyətindədir

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Tesla" ABŞ-ın elektromobil istehsalçısı öz şəxsi istehsal müəssisəsini Şanxay azad ticarət bölgəsində qurmaq istədiyini bildirib. 

"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, anlaşma həyata keçərsə, bu, Çində xarici avtomobil istehsalçıları ilə ilk dəfə həyata keçən əməliyyat olacaq. 

Belə ki, bu günədək avtomobil nəhəngləri yerli şirkətlərlə istehsal prosesində birgə əməkdaşlıq edib, onlarla mənfəətlərini və texnologiyalarını paylaşmağa məcbur olublar.

Qəzet yazıb ki, "Tesla" Çin hökuməti ilə tamamilə özünə aid olacaq zavodun inşa olunması anlaşmasında razılığa gəlib. Hazırda anlaşmanın detallarının müzakirə olunduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi