“Tesla” 2000 avtomobilini geri çağırmağı planlaşdırır

“Tesla” 2000 avtomobilini geri çağırmağı planlaşdırır ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi idarəsi “Tesla” şikrətinə məxsus 2000 ədəd avtomobilin geri çağırılması üçün müraciətə baxacaq.
Biznes
5 Oktyabr , 2019 19:41
“Tesla” 2000 avtomobilini geri çağırmağı planlaşdırır

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi idarəsi “Tesla” şikrətinə məxsus 2000 ədəd avtomobilin geri çağırılması üçün müraciətə baxacaq.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, söhbət 2012-2019-cu illərdə istehsal edilən “S” və “X” modelindən gedir. May ayında bu elektrikli nəqliyyat vasitələrində batareya doldurma proqramı yenilənib.

Hazırda isə şirkət batareyaların nasazlığı ilə bağlı şikayətlər almağa başlayıb. Güman edilir ki, nəqliyyat vasitələrində batareyanın yanmasına səbəb ola biləcək qüsur aşkar edilib.

Son xəbərlər

Orphus sistemi