Yuxarı
    Bağlamaq

    "Təmiz Şəhər" Balaxanıda əkilən bitkilərə qulluq göstərilməsi üçün elan etdiyi tenderin vaxtını uzadıb

    İddiaçılar tender təkliflərini yanvarın 30-dək təqdim etməlidir

    Bakı. 18 yanvar. REPORT.AZ/ “Təmiz Şəhər” ASC Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi Zavodunun ərazisində və qarşısında, həmçinin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun qarşısındakı ərazi daxil olmaqla ümumi sahəsi 24 min kv.metr təşkil edən sahədə əkilən bitkilərə qulluq göstərilməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin vaxtını uzadıb.

    “Report” xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər lot üzrə 200 manat iştirak haqqı ödəməlidir.

    İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri yanvarın 23-ü saat 17:00-dək, tender təklifi və bank təminatını isə yanvarın 30-u saat 17:00-dək “Təmiz Şəhər”ə (Bakı şəhəri, Xocalı prospekti,55) təqdim etməlidirlər.

    İddiaçıların təklifləri yanvarın 31-i saat 17:00-da ASC-də açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi