​Telman İsmayılıov "Mardan Palace" hotelinin satışına mane olub

​Telman İsmayılıov "Mardan Palace" hotelinin satışına mane olub Biznesmen banka olan borcunu özü ödəyəcək
Biznes
4 İyun , 2015 12:23
​Telman İsmayılıov Mardan Palace hotelinin satışına mane olub

Bakı. 4 iyun. REPORT.AZ/ Əslən Azərbaycandan olan rusiyalı milyonçu-biznesmen Telman İsmayılov Türkiyə dövlətinə 100 mln. ABŞ dolları həcmində olan borcunu ödəyərək "Mardan Palace" hotelini başqasına satılmasının qarşısını alıb.

"Report" xəbər verir ki, Türkiyə dövlətinə aid olan "Halk Bank"a olan kredit borcunu ödəyə bilmədiyinə görə 23 may 2009-cu ildə təntənəli surətdə açılışı həyata keçirilən "Mardan Palace" hoteli T.İsmayılovun əlindən alınaraq hərraca çıxarılıb. Antalya 4-cü icra müdirliyi tərəfindən həyata keçirilən hərraca mərkəzi İstanbulda yerləşən "SBK Holding" də qatılıb. Lakin T.İsmayılov hərraca bir neçə dəqiqə qalmış 100 mln. dollar həcmində zəmanət məktubunu "Halk Bank"a təqdim edib və obyektin satılmasına mane olub. Bankdan verilən məlumata görə, biznesmen banka olan borcunu ildə 25 mln. dollar ödəməklə 4 il ərzində bağlamaq öhdəliyini üzərinə götürüb.

Qeyd edək ki, bank hotelə 650 mln. lirə, yaxınlıqda yerləşən villalara isə 69,7 mln. lirə qiymət qoyub. T.İsmayılovun daha əvvəl verdiyi məlumata görə isə "Mardan Palace" ona 1,5 mlrd. dollara başa gəlib. Hotelin 2 "Royal Suite", 4 "Presidental Suite", 38 "Executive Suite", 271 "Superior", 62 "Premium", 16 "Dolmabahçe Deluxe" otağı var. Cəmi otaqların sayı isə 560-dır.

Son xəbərlər

Orphus sistemi