Türkmənistan hökumətinin Tacikistandan gələn tırlar üçün bu il martın 27-dən ölkəyə girişi bağladığına görə sürücülərə Azərbaycan və Qazaxıstan əraziləri ilə 2900 kilometr əlavə məsafə qət etməklə alternativ tranzit yolu təklif olunur.
“Report” “EADaily”yə istinadən xəbər verir ki, Özbəkistanla Türkmənistan sərhədindəki Alat buraxılış məntəqəsində Tacikistan nömrəsi olan 40-dan çox tırdan ibarət növbə yaranıb.
“Əhbar” xəbər verir ki, daşıyıcıların məsələni həll etmək üçün üz tutduğu Tacikistan
“EADaily” xatırladıb ki, mart ayının ortalarında Qazaxıstanla Özbəkistan sərhədindəki Qazıqurt buraxılış məntəqəsində də Özbəkistan tərəfindən gələn 180-dək avtonəqliyyat vasitəsi ilişib qalmışdı. O vaxt Qazaxıstan hökuməti hadisəni informasiya sistemindəki nasazlıqla əsaslandırmışdı.