Yuxarı
    Bağlamaq

    ​Suraxanıda sahibkarlara 9,9 mln. manat güzəştli kredit verilib

    Bu vəsait 28 sahibkarlıq subyektinin investisiya layihəsinin icrasına ayrılıb

    Bakı. 25 sentyabr. REPORT.AZ/ Sentyabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 9,9 mln. manat kredit verib. Bu barədə “Report”a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

    Verilmiş kreditlər əsasən heyvandarlıq, quşçuluq, zəfərançılıq, istixana təsərrüfatının yaradılması, çörək, un və un məmulatları, konserv məhsulları, beton istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yeri açılacaq.

    Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 4 018 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 202,3 mln. manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini açıqlayıb: “Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 877 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,3 mln. manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması nəticəsində 6 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

    Qeyd edək ki, tədbir çərçivəsində həmçinin, Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit hesabına tikilən müasir istixana kompleksinə baxış keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi