“Sumqayıt Xovlu-İplik” səhmdarlarına hesabat verəcək

“Sumqayıt Xovlu-İplik” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
18 Mart , 2017 15:52
“Sumqayıt Xovlu-İplik” səhmdarlarına hesabat verəcək

Bakı. 18 mart. REPORT.AZ/ İyunun 1-də, saat 16:00-da “Sumqayıt Xovlu-İplik” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, “Sumqayıt Xovlu-İplik” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2237450 manatdır. 

Son xəbərlər

Orphus sistemi