Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb İqtisadiyyat Nazirliyi yanında Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb.
Biznes
19 İyul , 2019 18:26
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyi yanında Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb. 

"Report" Nazirliyə istinadən xəbər verir ki, bu, “Galenka Azərbaycan” MMC-dir. 

Beləliklə, Parkın rezidentlərinin sayı 19-a çatıb. Şirkət ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa etməyi planlaşdırır. Layihənin investisiya dəyəri 20 milyon manata yaxındır. 

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək. Müəssisədə 40-a qədər daimi iş yeri yaradılacaq.

Son xəbərlər

Orphus sistemi