Yuxarı
    Bağlamaq

    Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu keçirir

    Şirkət audit xidməti satın almaq istəyir

    Bakı. 23 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC 2017-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması üçün kotirovka sorğusu elan edib.

    “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, sorğuda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər martın 1-nə qədər Parkın ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına (“Demirchi Tower” biznes mərkəzinə) təqdim edilməlidir. Əlaqələndirici şəxs Abbas Mamedovdur. Telefon: (012) 488-80-65.

    Təkliflərə martın 2-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi