Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu keçirir

Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu keçirir İddiaçıların mayın 24-nə qədər vaxtı var
Biznes
20 May , 2017 16:14
Sumqayıt Kimya Sənaye Parkı kotirovka sorğusu keçirir

Bakı. 20 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC elektron sənəd mübadiləsi sisteminin “SSL” sertifikatının 1 il müddətinə uzadılması məqsədilə kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər mayın 24-ü saat 12:00-a qədər şirkətin Bakı şəhəri, Xətai raoynu, Xocalı prospekti, 37 ünvanındakı “Demirchi Tower” iş mərkəzində yerləşən ofisinə təqdim edilməlidir. Əlaqələndirici şəxs Abbas Mamedovdur. Telefon: (012) 488-80-65

Zərflər mayın 24-də, saat 17:00-da qeyd olunan ünvanda açılacaq. 

Son xəbərlər

Orphus sistemi