"Sumqayıt Kimya Sənaye Parkı" "Baker Tilly Audit Azərbaycan"la müqavilə bağlayıb

"Sumqayıt Kimya Sənaye Parkı" "Baker Tilly Audit Azərbaycan"la müqavilə bağlayıb Təşkilat Sənaye Parkının keçirdiyi kotirovka sorğusunun qalibi olub
Biznes
9 Mart , 2017 09:59
Sumqayıt Kimya Sənaye Parkı Baker Tilly Audit Azərbaycanla müqavilə bağlayıb

Bakı. 9 mart. REPORT.AZ/ “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması ilə əlaqədar kotirovka sorğusu keçirilib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Kotirovka prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Tender komissiyasının martın 2-i tarixli qərarına əsasən, “Baker Tilly Audit Azərbaycan” MMC qalib elan edilib.

Sözügedən təşkilatla martın 3-də müvafiq satınalma müqaviləsi bağlanıb.

Son xəbərlər

Orphus sistemi