Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uyğunluq sertifikatı verməkdə davam edəcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uyğunluq sertifikatı verməkdə davam edəcək Ramiz Həsənov: "Qida Təhlükəsizliyi Agentliyi təhlükəsizlik sertifikatı verəcək, bu isə uyğunluq sertifikatı deyil"
Biznes
7 Mart , 2018 15:37
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uyğunluq sertifikatı verməkdə davam edəcək

Bakı. 7 mart. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibindəki sertifikatlaşdırma qurumları fəaliyyətlərini davam etdirəcəklər. 

"Report" xəbər verir ki, bunu "Caspian European Club"un tədbirində Komitənin sədri Ramiz Həsənov jurnalistlərə Qida Təhlükəsizliyi Agentliyinin də sertifikatlaşdırma işləri ilə məşğul olmasına münasibət bildirərkən deyib. 

"Qida Təhlükəsizliyi Agentliyi təhlükəsizlik sertifikatı verəcək, yəni məhsulların təhlükəsizliyinə nəzarət edəcək. Bu isə uyğunluq sertifikatı deyil. İstehsalçı məhsulunu yüksək standart əsasında istehsal edirsə, bu zaman o, uyğunluq sertifikatı almalıdır. Sertifikatlaşdırma qurumları qalır və fəaliyyətlərini davam etdirəcəklər. O cümlədən halal məhsullara sertifikat verilməsi üzrə", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi