"Standard & Poor`s" Böyük Britaniyanın yüksək kredit reytinqini aşağı salıb

"Standard & Poor`s" Böyük Britaniyanın yüksək kredit reytinqini aşağı salıb Bu, "S&P"-nin britaniyalıların Aİ-dən çıxmağa qərar verdiyi referendumun nəticələrinə reaksiyası olub
Biznes
28 İyun , 2016 09:36
Standard & Poor`s Böyük Britaniyanın yüksək kredit reytinqini aşağı salıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Standard & Poor`s" beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın kredit reytinqini bir pillə aşağı - mənfi proqnozlu "AA" səviyyəsinə salıb.

"Report" "Euronews"a istinadən xəbər verir ki, bu, "S&P"-nin britaniyalıların Avropa İttifaqından çıxmağa qərar verdiyi referendumun nəticələrinə reaksiyası olub.

Agentliyin bəyanatında bildirilib ki, reytinqin aşağı salınması Böyük Britaniyanın Aİ-ni tərk edəcəyi təqdirdə bu addımın ümumilikdə ölkə iqtisadiyyatına, o cümlədən ÜDM-in artımı və ölkənin büdcə balansı kimi məsələlərə mənfi təsir edəcəyi ilə əlaqədardır.

Qeyd edək ki, məlum referendumdan sonra funt sterlinq dollar qarşısında 10% dəyər itirib və son 30 ilin ən minimum səviyyəsinə düşüb.

Son xəbərlər

Orphus sistemi