​Sorğu: Rusiya investisiya yatırımı üçün ən əlverişsiz bazardır

​Sorğu: Rusiya investisiya yatırımı üçün ən əlverişsiz bazardır Avropa iqtisadiyyatı ilə bağlı müsbət fikirdə olan respondentlərin payı 3 dəfə artıb
Biznes
29 Aprel , 2015 17:46
​Sorğu: Rusiya investisiya yatırımı üçün ən əlverişsiz bazardır

Bakı. 29 aprel. REPORT.AZ/ "Bloomberg" agentliyi tərəfindən keçirilən sorğuda iştirak edən investorlar Rusiyanı yaxın 12 ayın ən əlverişsiz bazar olduğunu bildiriblər. Rusiya ilə yanaşı, investisiya qoyuluşu üçün məsləhət görülməyən ölkələrə Braziliya və Çin aid edilir.

"Report" xəbər verir ki, respondentlərin 32%-i Rusiyani, 29%-i Braziliyanı, 25%-i isə Çini əlverişsiz investisiya məkanı kimi qiymətləndirir. Qeyd edək ki, 2014-cü ilin noyabr ayında Rusiya bazarı haqqında pessimist düşünənlərin payı 58% olub. Dindirilənlərin 79%-i Rusiya prezidentinin investisiya mühitinə neqativ təsir etdiyini vurğulayıb.

Respondentlərin 41%-i neftin qiymətinin 2016-cı ilin sonuna qədər 75 dollar/barel həddini aşmayacağını, 60%-i isə Çin iqtisadiyyatının vəziyyətinin pisləşəcəyini düşünür.

Sorğu iştirakçıları Avropa iqtisadiyyatı ilə bağlı müsbət fikirdə olduqlarını söyləyiblər. Belə ki, yanvar ayında 14% olan optimistlərin payı hazırda 40%-ə yüksəlib.

Ümumi dünya iqtisadiyyatının yaxşılaşacağını düşünənlərin payı yanvardakı 25%-dən 33%-ə yüksəlib.

Qeyd edək ki, "Bloomberg"in sorğusunu ABŞ-ın Ayova ştatında yerləşən "Selzer" şirkəti aparıb. Sorğuda "Bloomberg" terminalının 1 280 üzvü iştirak edib.

Son xəbərlər

Orphus sistemi