Yuxarı
    Bağlamaq

    ​Son 12 ildə Azərbaycanda gənc sahibkarlara 280 mln. manatadək güzәştli kredit verilib

    Bu kreditlər 3 040 gənc sahibkara təqdim olunub

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda 2002-2014-cü illər ərzində 3 040 gənc sahibkara ümumilikdə 278,4 mln. manat həcmində güzәştli kreditlәr verilib. “Report”un məlumatına görə, Xaçmazda keçirilmiş tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

    S.Məmmədov 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçdiyini açıqlayıb. Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayının artımı müşahidə olunur. 

    Quba-Xaçmaz regionunda yaradılan biznes inkubatorda ilkin olaraq 20 gənc turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanacaq. Biznes inkubatorun fəaliyyəti üçün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv. metrə yaxın sahə ayrılıb.

    Tədbir iştirakçıları həmçinin, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş ixracyönümlü və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə Quba-Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanılması sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkətin 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilib.

    Xatırladaq ki, tədbirə İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də biznes inkubatorun iştirakçıları qatılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi