SOCAR yeni şirkət yaradıb

SOCAR yeni şirkət yaradıb Vergilər Nazirliyi “SOCAR-Petrofac” MMC-ni dövlət qeydiyyatına alıb
Biznes
18 Aprel , 2018 09:18
SOCAR yeni şirkət yaradıb

Bakı. 18 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi (VN) “SOCAR-Petrofac” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121, nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Ruslan Əflatun oğlu İbrahimovdur.

VN “SOCAR-Petrofac”ın Müşahidə Şurasının üzvlərini də açıqlayıb. Bunlar Fuad Salman oğlu Süleymanov, Xalik Rəfi oğlu Məmmədov, Kərim Osseiran, Fişer David Trevordur. 

Son xəbərlər

Orphus sistemi