Yuxarı
    Bağlamaq

    SOCAR YDK-nin Ukraynadakı aksiyasında "Fiat 500 Abarth" markalı idman bolidi udulub

    Aksiyada ölkənin müxtəlif guşələrindən olan 100 mindən çox sürücü iştirak edib

    Kiyev. 10 noyabr. REPORT.AZ/ "SOCAR Ukraine Energy" "İtaliyanın ənənəvi güc və üslubunu qazan" adlı aksiya keçirib. Aksiyanın yekununda iştirakçılardan biri "Fiat 500 Abarth" markalı idman bolidi qazanıb.

    "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, aksiyada ümumilikdə ölkənin müxtəlif guşələrindən olan 100 mindən çox sürücü iştirak edib. Aksiya iştirakçısı olmaq üçün sürücülərdən SOCAR yanacaqdoldurma məntəqələrində maye qazdan savayı, istənilən yanacaq növündən 500 litr vurmaqla fiskal çeklər toplamaq və oradakı müvafiq məlumatları ərizə formasında qeyd etmək tələb olunub.

    Əsas mükafat Nikolayev vilayətini sakini Vitali Lukiyanenkoya qismət olub.

    "Mükafatı qazanmağım barədə SOCAR-dan edilən zəngdən sonra xəbər tutdum. Hələ də buna inana bilmirəm. Demək olar, SOCAR-ın bütün aksiyalarında iştirak etmişəm. Bu dəfə iştirakçı olmaq üçün lazımı şərtləri yerinə yetirmişdim. Ancaq əsas mükafatı qazanacağımı gözləmirdim" - V.Lukiyanenkoya bildirib.

    "Biz adi avtomobildən daha böyüyünü uduşa çıxarmaq istədik. Bu, Ukraynada oynanılan ilk avtomobil-kabrioletdir. Bu avtomobil tarixə malik əfsanədir. O, şirkətin prinsiplərinə uyğun gəlir - keyfiyyət, innovasiya və xidmət. Müştərilərimizi sevirik və onlara müsbət emosiyalar və qiymətli mükafatlar verməyə davam edəcəyik", - deyə SOCAR Yanacaqdoldurma Kompleksinin (YDK) pərakəndə ticarət üzrə direktoru İqor Orlov vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi