Yuxarı

“SOCAR Turkey Energy“: “Dövlət çevrilişinə cəhdi şiddətlə qınayırıq”

“Türkiyə Cümhuriyyəti hökumətinə, xalqının sağlam düşüncəsinə, iqtisadiyyatına və sabitliyinə güvənimiz tamdır”

Bakı. 16 iyul. REPORT.AZ/ "SOCAR Turkey Energy" iyulun 15-də axşam saatlarında həyata keçirilən dövlət çevrilişinə cəhdi şiddətlə qınayır.

"Report" xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey Energy"nin açıqlamasında bildirilib. 

Açıqmalada qeyd olunub ki, hərbi çevriliş cəhdləri heç bir demokratik ölkə üçün qətiyyən qəbul olunmazdır.

"Bu ölkənin siyasi, sosial və iqtisadi sabitliyi pozmağa yönəlmiş bu cür keçmişdən qalan və anti-demokratik hərəkatlarla itirməyə vaxtı yoxdur. Bu çərçivədə dünən gece yaşanılan dövlət çevrilişinə cəhdi şiddətlə qınayır, millətimizin demokratiyaya ürəkdən sahib çıxdığı bu cəsur davranış qarşısında hörmətlə əyilirik.

Türkiyə Cümhuriyyəti hökumətinə, xalqının sağlam düşüncəsinə, iqtisadiyyatına və sabitliyinə güvənimizin tam olduğunu və Azərbaycan xalqının həmişə türk xalqının yanında olduğunu ictimaiyyətə çatdırırıq"-, deyə şirkətin bəyanatında bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi