SOCAR prezidenti Ukrayna Milli İnvestisiya Şurasına üzv olacaq

SOCAR prezidenti Ukrayna Milli İnvestisiya Şurasına üzv olacaq Şuranın tam tərkibi fevralda, Davos Forumundan sonra təqdim olunacaq
Biznes
13 Dekabr , 2016 13:27
SOCAR prezidenti Ukrayna Milli İnvestisiya Şurasına üzv olacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasına üzv olacaq.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Şuranın sədri Boris Lojkin bildirib.

Onun sözlərinə görə, SOCAR rəhbəri ilə yanaşı “Vitol” şirkətinin (İsveçrə-Niderland) baş direktoru Yan Teylor da Şuraya üzv olacaq. O qeyd edib ki, Şura 40 iştirakçıdan ibarət olacaq: “Şurada beynəlxalq investisiya şirkətlərinin nümayəndələrindən 20 nəfər, hökumətin yüksək vəzifəli şəxslərindən də 20 nəfər təmsil olunacaq. Strateji məqsədlərin inkişafı üçün şura üzvləri ildə bir dəfə toplanacaq. Şurada iştirak üçün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabarti, “Unilever” Korporasiyasının icraçı direktoru Pol Polman, “DP World” şirkətlər qrupunun icraçı direktoru Sultan Əhməd bin Salim və amerikalı maliyyəçi Corc Soros razılıq veriblər”.

Onun sözlərinə görə, Milli İnvestisiya Şurası çərçivəsində taktiki məsələlərin həllinə cavabdeh olan 20 nəfər üzvdən ibarət kiçik şura da fəaliyyət göstərəcək.

Şuranın tam tərkibi 2017-ci ilin fevralında Davos Forumundan sonra təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi