Yuxarı

REYTİNQ: SOCAR islam ölkələrinin ən qabaqcıl şirkəti seçilib - YENİLƏNİB

İlk üçlükdə Liviya Milli Neft Şirkəti və Malayziyanın Proton şirkətinin rəhbərləri də yer alıb

İlk xəbər saat 10:25-də verilib

Bakı. 1 iyun. REPORT.AZ/ Biznes və iqtisadiyyat jurnalı olan "Derin Ekonomi" iyun buraxılışının üz qabığına "İslam ölkələrinin ən bacarıqlı 50 CEO-su" yazısını çıxarıb. 

"Report" xəbər verir ki, baş ofisi ABŞ-da yerləşən "Dinar Standart"ın hazırladığı siyahıda 57 islam ölkəsinin toplam gəlirlərinin 6,7 trln. dollar olduğu deyilir. Araşdırılan 50 şirkət rəhbərinin adının yer aldığı siyahıya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev başçılıq edir. 

Rankinq cədvəlində üçlüyün digər iki yerdə isə Liviya Milli Neft Şirkətindən Nuri Berruien, Malayziyalı "Proton"dan Datuk Lukman İbrahim yer tutub.

R.Abdullayev siyahıda rəhbərlik etdiyi şirkətinin illik ortalama 78,79%-lik artım göstəricisi ilə liderliyə yüksəlib. SOCAR-ın ən yaxın rəqibləri olan LNOC 34,64%, "Proton" isə 31,80% artıb.

Siyahıda yer alan CEO-ların 8-i türk, 8-i malayziyalı, 7-si BƏƏ-lidir və 50 şirkət rəhbərinin 12-si neft və təbii qaz sektorunu təmsil edir.

Məlumata görə, son 300 ildə dünya iqtisadiyyatının əsas hissəsinə nəzarət edən Qərb ölkələri 2000-ci illərdə iqtisadi sarsıntı keçirib. Bundan sonra onların dünya iqtisadiyyatındakı payı 50%-dən aşağı düşüb.

Renkinqdə islam ölkələrindən olan 12 kommersiya bankının da CEO-sunun adı hallanır və 50 uğurlu şirkət rəhbəri arasında 41-ci yerdə 1 qadın CEO-nun adı yer alıb ki, o da İndoneziyanın dövlət neft və təbii qaz şirkəti olan "Pertamina"nın rəhbəri (Karen Agustiawan) xanım Karen Aqustiavandır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi