Yuxarı
    Bağlamaq

    ​SKMF Beyləqanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

    Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər

    Bakı. 14 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

    “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sahibkarlardan ixtisaslaşdırılan “yaşıl market”in, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin, meyvə-tərəvəz emalı və bitki yağlarının istehsalı zavodlarının, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, cins heyvandarlıq təsərrüfatının, ət kəsimi və pendir istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

    Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172, tel.: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər. 

    Qeyd edək ki, Fond aprelin 8-də Beyləqan rayonunda işgüzar forum keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi