SKMF Xəzər rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Xəzər rayonunda investisiya layihələrinin qəbuluna başlayıb Kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək
Biznes
5 Mart , 2015 13:16
SKMF Xəzər rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 5 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, fond ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, ət kəsimi müəssisəsinin yaradılması, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təklifləri qəbul edib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF fevralın 27-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. 

Son xəbərlər

Orphus sistemi