SKMF Xaçmazda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Xaçmazda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilər
Biznes
16 Mart , 2016 10:50
SKMF Xaçmazda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 16 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin (İN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xaçmaz rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, Fond sahibkarlardan müasir istixana kompleksinin, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, süd emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.

Qeyd edək ki, SKMF martın 10-da Xaçmaz rayonunun Arzu qəsəbəsində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi