SKMF Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Iş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
25 Aprel , 2017 08:47
SKMF Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tovuz rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” Fonda istinadən xəbər verir ki, iş adamlarından iri fermer, müasir heyvandarlıq, cins heyvandarlıq, kartofçuluq (o cümlədən yüksək məhsuldar kartof toxumçuluğu), istixana və intensiv üzümçülük təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi