SKMF Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 29 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 
Biznes
29 Dekabr , 2017 16:30
SKMF Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün Fond Suraxanı rayonunun Əmircan qəsəbəsində işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu layihələrə “start-up”lar, ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, badam bağının salınması, plastik və karton tara istehsalı müəssisələrinin yaradılması daxildir.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi