​SKMF Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər
Biznes
3 İyun , 2016 20:18
​SKMF Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 3 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fond sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılmasıistiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: [email protected]) müraciət edə bilərlər.

Xatırladaq ki, SKMF bu il mayın 26-da rayonun Hövsan qəsəbəsində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi