SKMF Şəkidə investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Şəkidə investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün Fonda müraciət edə bilərlər
Biznes
15 Dekabr , 2015 10:31
SKMF Şəkidə investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 15 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəki rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fond sahibkarlardan iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin) yaradılması, pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Xatırladaq ki, SKMF dekabrın 10-da Şəki rayonunun Qoxmuq kəndində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi