SKMF Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər
Biznes
4 Oktyabr , 2016 15:25
SKMF Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Sabunçu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, SKMF sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar bugündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: [email protected]) müraciət edə bilərlər.

Qeyd edək ki, fond sentyabrın 29-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi