​SKMF Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən etibarən sahibkarlar Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər
Biznes
6 May , 2015 10:34
​SKMF Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 6 may. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlardan bir sıra prioritet istiqamət üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, kiçik həcmli istixana təsərrüfatlarının yaradılması, ət kəsimi, makaron, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi