SKMF Qusarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qusarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən etibarən sahibkarlar Fonda müraciət edə bilərlər
Biznes
14 İyul , 2015 15:17
SKMF Qusarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 14 iyul. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunun Çiləgir kəndində fəaliyyət göstərən sahibkarlardan prioritet sahələr üzrə maliyyələşdirmə üçün potensial investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük ixtisaslaşdırılmış "yaşıl market"in, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsi), intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, günəbaxan tumlarının emalı və xalçaçılıq müəssisələrinin yaradılması istiqamətlərində olan investisiya layihələrinə veriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF iyulun 9-da Qusar rayonunda işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi