Yuxarı
    Bağlamaq

    SKMF Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

    Bu gündən sahibkarlar layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər

    Bakı. 11 iyul. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

    “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sahibkarlardan ixtisaslaşdırılan “yaşıl market”, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

    Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, Telefon: (012) 434-74-29, e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.

    Xatırladaq ki, SKMF iyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində işgüzar forum keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi