SKMF Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 20 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunun Canalı kəndində işgüzar forum keçirib.
Biznes
20 Noyabr , 2017 18:11
SKMF Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunun Canalı kəndində işgüzar forum keçirib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, iş adamlarından startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, ixtisaslaşdırılmış "yaşıl market"in, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi, süd emalı və çörək istehsalı müəssisələrinin və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Telefon: (012) 434-74-29;

Faks: (012) 432-37-17;

e-poçt: [email protected];

Son xəbərlər

Orphus sistemi