SKMF Qazax rayonunda sahibkarlardan layihələrin qəbuluna başlayıb

SKMF Qazax rayonunda sahibkarlardan layihələrin qəbuluna başlayıb Kiçik həcmli investisiya layihələrinin 100%-i dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək
Biznes
14 Aprel , 2015 11:03
SKMF Qazax rayonunda sahibkarlardan layihələrin qəbuluna başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Qazax rayonunun Ağköynək kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair keçirdiyi işgüzar forumda bir sıra investisiya layihələrinin maliyyələşməsi üçün təkliflər qəbul olunub.

“Report” Nazirliyin məlumatına əsasən bildirir ki, ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının yaradılması, ət kəsimi, pendir istehsalı, meyvəqurutma və günəbaxan tumlarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması istiqamətlərində layihələrin maliyyələşdirilməsi məqsədəuyğun hesab olunub.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, layihələrin qəbuluna dair forum aprelin 9-da keçirilib.

Son xəbərlər

Orphus sistemi