SKMF Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
15 Mart , 2017 08:53
SKMF Qax rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 15 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, iş adamlarından iri fermer, bağçılıq (fındıq, qoz, şabalıd), cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar, tütün emalı və 3 ulduzli otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi