​SKMF Oğuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Oğuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar bu gündən investisiya layihələri ilə Fonda müraciət edə bilərlər
Biznes
26 May , 2015 10:55
​SKMF Oğuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 26 may. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gündən etibarən Oğuz rayonunda fəaliyyət göstərən sahibkarlardan potensial investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, mayın 21-də rayonun Yaqublu kəndində işgüzar forum keçirilib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bu, ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, taxılçılıq, üzümçülük, tərəvəzçilik və arıçılıq təsərrüfatlarının, habelə pendir, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması ilə bağlı layihələr ola bilər.

Artıq bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi