SKMF Göyçayda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Göyçayda investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar bu gündən fonda müraciət edə bilərlər
Biznes
24 Noyabr , 2016 16:15
SKMF Göyçayda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Nazirlikdən "Report"a verilən xəbərə görə, fond sahibkarlardan ixtisaslaşdırılan “yaşıl market”in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 72, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: [email protected]) müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi