​SKMF Goranboyda sahibkarlardan layihələrin qəbuluna başlayıb

​SKMF Goranboyda sahibkarlardan layihələrin qəbuluna başlayıb Bu gündən sahibkarlar prioritet sahələr üzrə layihələrini SKMF-ə təqdim edə bilərlər
Biznes
25 Noyabr , 2015 10:03
​SKMF Goranboyda sahibkarlardan layihələrin qəbuluna başlayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sahibkarlar cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatları, meyvəqurutma, pendir, plastik qapı-pəncərə, gips əsaslı dekorativ üzlüklər, dam örtükləri və dəmir qapı istehsalı müəssisələrinin yaradılması istiqamətlərində layihələrini Fonda təqdim edə bilərlər.

Qurumun açıqlamasında göstərilir ki, sahibkarlar öz müraciətlərini müvəkkil kredit təşkilatları vasitəsi ilə reallaşdıra bilərlər.

Qeyd edək ki, SKMF noyabrın 19-da Goranboy rayonunun Goran qəsəbəsində işgüzar forum keçirib. Forum çərçivəsində sahibkarlardan qeyd edilən istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. 

Son xəbərlər

Orphus sistemi