Yuxarı

​SKMF Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər

Bakı. 24 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fond sahibkarlardan südlük istiqamətli cins heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, gips əsaslı üzlüklər və dam örtükləri istehsalı müəssisələrinin və 3-ulduzlu hotelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Qeyd edək ki, Fond mayın 19-da Goranboyda işgüzar forum keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi