Yuxarı
    Bağlamaq

    SKMF Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara 67,7 milyon manat güzəştli kredit verib

    Şamaxıda güzəştli kreditləri hesabına müasir heyvandarlıq kompleksi və iri fermer təsərrüfatı yaradılır

    Bakı. 9 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu bu gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində keçirib.

    "Report"a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.

    İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq, kartofçuluq təsərrüfatlarının, pendir, çörək, şirniyyat məhsullarının istehsalı müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

    Fondun icraçı direktoru Şirzad Abdullayev deyib ki, bu ilin ötən dövründə SKMF vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 157 milyon manatdan çox güzəştli kredit ayırıb: "Bu investisiya layihələrinin reallaşdırılması 7700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,7 milyon manat güzəştli kredit verilib".

    Forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 30 sahibkara 262 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, bağçılıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

    Tədbir çərçivəsində rayonda güzəştli kredit ayrılan müasir heyvandarlıq kompleksinə və iri fermer təsərrüfatına baxış keçirilib. 

    Qeyd edək ki, indiyədək 23 müasir heyvandarlıq kompleksinin yaradılmasına 100 milyon manatdan çox güzəştli kredit verilib. Təsərrüfatlardan 19-u istifadəyə verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi