SKMF Cəlilabadda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Cəlilabadda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 13 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Biznes
13 Aprel , 2018 11:35
SKMF Cəlilabadda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Fond aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib: 

- iri fermer, intensiv kartofçuluq, üzümçülük, soya, noxud və mərci əkini təsərrüfatlarının yaradılması;

- quru meyvə, o cümlədən quru üzüm istehsalı müəssisələrinin yaradılması;

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi