​SKMF Cəlilabad rayonunda investisiya layihələrinin qəbuluna başlayır

​SKMF Cəlilabad rayonunda investisiya layihələrinin qəbuluna başlayır Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar
Biznes
13 May , 2015 19:18
​SKMF Cəlilabad rayonunda investisiya layihələrinin qəbuluna başlayır

Bakı. 13 may. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlardan ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının yaradılması və çiyələk emalı, üzümqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təklifləri qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu mayın 8-də Cəlilabad rayonunun Gülməmmədli kəndində işgüzar forum keçirib. 

Son xəbərlər

Orphus sistemi