SKMF Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları artıq bu gündən layihələrini müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə təqdim edə bilərlər
Biznes
12 Avqust , 2016 12:34
SKMF Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 12 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Binəqədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə "Report"a Nazirlikdən bildirilib.

Məlumata görə, Fond ixtisaslaşdırılmış “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması ilə bağlı layihələrə maliyyə dəstəyi verəcək.

İş adamları investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi