SKMF Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
18 Mart , 2017 09:07
SKMF Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
Courtesy İmage

Bakı. 18 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, Fond iş adamlarında müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi