SKMF Bakının Sabunçu rayonunda sahibkarlara 5,3 mln. manat güzəştli kredit verib

SKMF Bakının Sabunçu rayonunda sahibkarlara 5,3 mln. manat güzəştli kredit verib Kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək
Biznes
29 Sentyabr , 2016 19:21
SKMF Bakının Sabunçu rayonunda sahibkarlara 5,3 mln. manat güzəştli kredit verib

Bakı. 29 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədi ilə bu gün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, işgüzar forumda 120-dən çox sahibkar iştirak edib. Forum çərçivəsində Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub.

Rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb.

Forumda çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 1791 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 117,5 mln. manat güzəştli kredit yönəldilib. Onun sözlərinə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək: “Ümumilikdə isə bugünədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin1300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 342,8 mln. manat güzəştli kredit verilib”.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasənheyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları, mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

Sonda forum çərçivəsində rayonun Maştağa qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib.

Qeyd edək ki, ümumilikdə, son illər Bakı qəsəbələrində 32 müasir istixana kompleksinin yaradılmasına 95,8 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi