SKMF Bakının qəsəbələrindən olan sahibkarlara daha 4 mln. manat güzəştli kredit verib

SKMF Bakının qəsəbələrindən olan sahibkarlara daha 4 mln. manat güzəştli kredit verib Bugünədək Bakı şəhərində və onun qəsəbələrində sahibkarlara 367 mln. manat güzəştli kredit verilib
Biznes
16 Mart , 2017 18:32
SKMF Bakının qəsəbələrindən olan sahibkarlara daha 4 mln. manat güzəştli kredit verib

Bakı. 16 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi üçün bu gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində işgüzar forum keçirib.

Nazirlikdən "Report"a verilən xəbərə görə, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. 

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O bildirib ki, bugünədək Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1330-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 367 mln. manat güzəştli kredit verilib.

Forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 4 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kreditlərdən istifadə etməklə yaradılan müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər paytaxt qəsəbələrində 35 müasir istixana kompleksinin yaradılmasına 116,3 mln.manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə müasir istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

Son xəbərlər

Orphus sistemi