Yuxarı
    Bağlamaq

    SKMF Astarada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

    İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər

    Bakı. 12 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Astara rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. 

    "Report" nazirliyə istinadən xəbər verir ki, Fond iş adamlarından ixtisaslaşdırılmış yaşıl market, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı), bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. 

    Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMFya müraciət edə bilərlər. 

    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172. Telefon: (012) 434- 74-29. Faks: (012) 432-37-17. e-poçt: info@anfes.gov.az

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi