​SKMF Ağdaşda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Ağdaşda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər
Biznes
28 Aprel , 2015 11:21
​SKMF Ağdaşda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 28 aprel. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdaş rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” nazirliyin məluamtına görə xəbər verir ki, sahibkarlardan çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması, cins heyvandarlıq, istixana və intensiv bağçılıq təsərrüfatlarının yaradılmasi istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Qeyd edək ki, investisiya layihələrinin qəbulu üçün aprelin 24-də Ağdaş rayonunun Gürcüva kəndində işgüzar forum keçirib. 

Son xəbərlər

Orphus sistemi