SKMF Ağdaşda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Ağdaşda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
23 Oktyabr , 2017 17:23
SKMF Ağdaşda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 23 oktybar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdaş rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, Fond əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. 

İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi