Siyəzəndə güzəştli kreditlər hesabına quş yemi istehsalı müəssisəsi yaradılıb

Siyəzəndə güzəştli kreditlər hesabına quş yemi istehsalı müəssisəsi yaradılıb İndiyə qədər rayondan olan 95 sahibkara 16,8 mln. manat güzəştli kredit verilib
Biznes
11 May , 2017 16:27
Siyəzəndə güzəştli kreditlər hesabına quş yemi istehsalı müəssisəsi yaradılıb

Bakı. 11 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Siyəzən rayonunun Böyük Həmyə kəndində işgüzar forum keçirib. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq, zeytunçuluq və cins heyvandarlıq təsərrüfatlarının, badam bağlarının salınması və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, bildirib ki, indiyədək Siyəzən rayonundan olan 95 sahibkara 16,8 mln. manat güzəştli kredit ayrılıb. Ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 346 investisiya layihəsinin maliyyələşdirilməsinə 185 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 200 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək.

Forum çərçivəsində Siyəzəndə güzəştli kredit ayrılan quşçuluq sahəsi üzrə yem istehsalı müəssisəsinin yenidən qurulması işlərinə baxış keçirilib.

Ümumiyyətlə, indiyədək istehsal gücü 59 min ton quş əti və 340 mln. ədəddən çox yumurta istehsalı olan 39 quşçuluq təsərrüfatına 132,3 mln. manat güzəştli kredit verilib. Görülən tədbirlər nəticəsində quşçuluq təsərrüfatlarının illik istehsal gücü 130 min tona çatıb, quş əti və yumurta istehsalı artıb, özünütəminetmə səviyyəsi yüksəlib. 

Son xəbərlər

Orphus sistemi